Bu Amerika mediası, adının açıqlanmasını istəməyən beynəlxalq neft bazarı treyderlərinə istinadən yazıb ki, neft ixrac yüklərinin gəmidən gəmiyə daşınmasının artması və alternativ neft idxal terminallarının yaranması İran neftinin idxalında sıçrayışa səbəb olub.
Bloomberg, Kpler Ltd.-nin ilkin məlumatlarına istinadən Çinin İrandan neft idxalının fevral ayında gündəlik 1,74 milyon barrelə yüksəldiyini bildirib. Bu statistika İrandan neft idxalının yanvar ayı və Tramp administrasiyasının vəzifəyə gəldiyi vaxtla müqayisədə 86% artdığını göstərir və oktyabrdan bu yana ən yüksək idxal həcmi olub.
Sizin rəyiniz